Türkiyənin “Beşiktaş” klubu heyətini yeni transfer ilə gücləndirməyi düşünür.
Newsport.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan xəbərlərə görə, mövsümün sonunda müqaviləsi bitəcək bəzi futbolçuların komandadan ayrılacağı gözlənilir. Bunun üçün də artıq hərəkətə keçən “ağ-qaralar”, gözünü “Mançhester Yunayted”in erməni futbolçusu Henrix Mixitaryana dikib. Nəzərinizə çatdıraq ki, Mixitaryan “qırmızı şeytanlar”ın forması ilə çıxdığı 12 matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 2016-cı ildən “Yunayted”də çıxış edən 28 yaşlı erməni futbolçu, Joze Maurino komandaya gəldikdən sonra heyətə düşməkdə çətinlik çəkir.