Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Adanaspor”la qarşılaşıb. Oyun bursalıların inamlı qələbəsi ilə başa çatıb – 2:0.
Bu kollektivlər arasındakı ilk oyun da oxşar hesabla başa çatmışdı. Hər iki oyunda qələbə qazanan bursalılar növbəti mərhələyə vəsiqə qazanıblar.
Dəniz də bu görüşün iştirakçısı olub. Uzun müddət idi forma şansı qazanmayan millimizin forvardı nəhayət ki, bu oyunda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.