Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 6 qarşılaşma baş tutub. “Qalatasaray”ın səfərdə aşağı liqalarda çıxış edən “Sivas Bələdiyyəspor”a məğlubiyyəti diqqətçəkən olub. Amma bu məğlubiyyətə baxmayaraq, ilk oyunda qələbə qazanmış Super Liqa təmsilçisi növbəti mərhələyə yüksəlib.
Son Türkiyə çempionu “Beşiktaş” da ilk oyunda 9 cavabsız qol vurduğu “Manisaspor”la səfərdə heç-heçəyə razılaşıb.
“Trabzonspor” “Ərzurum BB” ilə oyunda növbəti dəfə darmadağına sevinib. “Bursaspor”, “Antalyaspor” və “Boluspor” da növbəti mərhələyə vəsiqə qazanıb.
Türkiyə Kuboku
5-ci təsnifat mərhələsi (cavab oyunları)
12 dekabr
Antalyaspor - Orhanqazispor 2:3 (ilk oyun 3:0)
Bursaspor - Adanaspor 2:0 (2:0)
Boluspor - Kasımpaşa 4:1 (3:1)
Trabzonspor - Ərzurum BB 5:1 (4:0)
Sivas Bələdiyyəspor - Qalatasaray 2:1 (1:5)
Manisaspor - Beşiktaş 1:1 (0:9)