"Turu keçmək istəyiriksə, hər iki matçda qələbə qazanmağımız mütləqdir”. "Bavariya"nın baş məşqçisi

Xəbər verdiyimiz kimi bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi üçün püşkatma mərasimi keçirilib.

Newsport.az xəbər verir ki, pükatmanın nəticəsinə görə 1/8 finalda “Beşiktaş”la qarşılaşacaq “Bavariya” klubunun baş məşqçisi Jupp Heynckes bu oyun haqda fikirlərini bildirib.  “Beşiktaş”ın çox güclü bir komanda olduğunu deyən təcrübəli mütəxəssis, eyni zamanda onu da bildirib ki, turu adlamaq üçün hər iki görüşdə qələbə qazanmaları mütləqdir.

“Onları ən son “Leipzing” ilə matçda izləmişəm və bu komandanı çox yaxşı tanıyıram. Qrup mərhələsini məğlubiyyətsiz başa vurdular. 4 qalibiyyət və 2 bərabərlikləri var. Onu da qeyd edim ki, baş məşqçiləri də güclüdür. Asan rəqib deyillər. Turu keçmək istəyiriksə, hər iki matçda qələbə qazanmağımız mütləqdir”.

Qeyd edək ki, Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 13-14 fevralda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right