Ardadan Trampa etiraz: Silahlarınızı günahsız insanların üzərindən çəkin! FOTO

“Barselona”nın və Türkiyə millisinin üzvü Arda Turan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıdıqları barədə açıqlamasına etiraz edib.

Newsport.az-ın məlumatına görə, Turan sosial şəbəkədə bir şəkil paylaşaraq, “Qüds həmişə sülhün və insanlığın paytaxtı olacaq. Silahlarınızı günahsız insanların üzərindən çəkin!” yazıb.

Xatırladaq ki, Qüds şəhəri Fələstin və İsrail arasında əsas mübahisəli ərazidi. Hər iki ölkə bu şəhəri paytaxtı elan edib.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right