Newsport.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat verib. Ötən mövsüm "Samsunspor" klubunda icarə əsasında çıxış edən Malili forvard bu mövsümün əvvəlində 300 min lirə (131 min manat) maaş istədiyi üçün klub onunla yollarını ayırmaq qərarına gəlmişdi. 23 yaşlı hücumçunun əvəzinə transfer edilən oyunçuların özünü doğrultmaması Samsun klubunun rəhbərliyini narahat edir. Bu səbəbdən I Liqa təmsilçisi "Göztəpə"nin qapısını döyəcək. Xatırladaq ki, futbolçu müqavilə ilə "Göztəpə" klubuna məxsusdur.
Qeyd edək ki, Kone Azərbaycan Premyer Liqasında 9 oyunda 5 qol vurub.