İngiltərənin "Mançhester Yunayted" klubu baş məşqçisi Jose Mouriniyonu əldən buraxmaq fikrində deyil.
Newsport.az xəbər verir ki, Fransa mətbuatında yayılan məlumatlara əsasən PSJ klubunun hədəfində olan portuqaliyalı mütəxəssisi "qırmızışeytanlar" əldən vermək fikrində deyil. Müqaviləsi 2018-ci ilin yayında bitən 54 yaşlı baş məşqçinin müqaviləsində, məşqçi üçün qeyd edilmiş 20 milyon funt sterlinq opsiya var. Komanda onun ilə müqaviləni avtomatik olaraq uzada və yaxud da yeni müqavilə imzalaya bilər.
Qeyd edək ki, yaxın günlərdə "Mançhester Yunayted"in Mouriniyoya dəyəri 65 milyon funt sterlinq olan müqavilə təklif edəcəyi gözlənilir.