Ronaldo 50 futbolçu arasında birinci olmağı bacarıb.
Newsport.az xəbər verir ki, məşhur “Goal” saytının hər il hazırladığı ilin ən yaxşı futbolçusu adına, bu il portuqaliyalı ulduz Kriştiano Ronaldo layiq görülüb. Onun birinciliyə yiyələnməsinə 12 ay ərzində qazandığı nailiyyətlər səbəb olub. İki dəfə ard-arda UEFA Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırmağı bacaran 32 yaşlı forvard, zəfərə gedən yolda əsas rəqibi Canluici Buffonu qabağlamaqı bacarıb. İlk üçlüyü isə xorvatiyalı futbolçu və Ronaldonun komanda yoldaşı Luka Modriç tamamlayır.
Qeyd edək ki, Lionel Messi bu sıralamada 4-cü yerdə qərarlaşır.