Millinin oyunları səbəbi ilə Türkiyə Super Liqasına verilən fasilədə “Trabzonspor” klubu Türkiyənin Antaliya şəhərində təlim məşq toplantısına yığışıb.
Newsport.az xəbər verir ki, komandanın məşqi zamanı iki futbolçu bunlardan 30 yaşlı yarımmüdafiyəçi Volkan Şən və 32 yaşlı kolumbiyalı legioner hücumçu Hugo Rodellega arasında anlaşılmazlıq yaşanıb. Oyunçular bir birinə girsələrdə baş məşqçi və oyunçular onları sakitləşdirməyi bacarıblar.
Qeyd edək ki, klub rəhbərliyi hər iki futbolçunu bu hərəkətlərinə görə cərimələyib.
