Fransalı keçmiş futbolçu və hazırki baş məşqçi Klod Makelelenin yeni klubu bəlli olub.
Newsport.az xəbər verir ki, 44 yaşlı çalışdırıcı Belçikanın "Eypen" klubunu çalışdıracaq.
“Eypen” Pro Liqada 14 turdan sonra 10 xalla sonuncu – 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, "Real", "Çelsi" və PSJ kimi klublarda oynamış veteran futbolçu buna qədər PSJ və “Suonsi”də köməkçi məşqçi, “Bastiya”da isə baş məşqçi kimi çalışıb.