Newsport.az xəbər verir ki, Ankaradakı "Ankara 19 may" stadionunda keçirilən bu qarşılaşmada “Ankaragücü" klubu tərəfindən Azərbaycana və Qarabağa dəstək nümayiş etdirilib. Belə ki, tribunalardan birində “Qarabağ" pankratı açılıb. Azarkeşlər isə "Bir gün görüşmək diləyi ilə. "Ankragüclərdən" Azərbaycana salam olsun. Ankara, Qarabağ" kimi şüarlar səsləndiriblər.
Həmçinin Türkiyə və Azərbaycan bayraqları yanaşı qoyulub.
Bu, Ermənistan tərəfinin Azərbaycan və Türkiyə arasındakı münasibətləri pozmaq cəhdlərinə qarşı növbəti zərbə kimi də qiymətləndirilə bilər.
