Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi bəlli olub.

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi Mehmet Özdilek ilə razılığa gəlib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Ankarada klub rəhbərliyi və sözügedən mütəxəssis arasında görüş baş tutub. Onlar hərtərəfli razılıq əldə ediblər. Oktyabrın 26-da Konyaya gələcək Özdilek klub rəhbərliyi ilə rəsmi müqavilə imzaladıqdan sonra komandanı ilk məşqə çıxaracaq. O, bir neçə gün öncə istefaya göndərilən Mustafa Reşit Akçayı əvəz edəcək.

Qeyd edək ki, ötən gün Türkiyə mətbuatında “Konyaspor”un bosniyalı mütəxəssis Fahrudin Omeroviçə tapşırılacağına dair xəbərlər yayılsa da, bu məlumat təsdiqini tapmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right