Premyer Liqa klubu ona tapşırıldı

İngiltərənin “Lester Siti” klubu yeni baş məşqçisini müəyyənləşdirib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi fransalı məşqçi Klod Pyuelə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 56 yaşlı mütəxəssislə 2020-ci ilədək müqavilə imzalanıb.

Fransalı mütəxəssisin son iş yeri isə “Sauthempton” olub. Klod daha əvvəl ölkəsinin “Monako”, “Lill”, “Nitsa” və “Olimpik” (Lion) klublarında da çalışıb.

Qeyd edək ki, Pyuel baş məşqçi vəzifəsində bir neçə gün əvvəl istefaya göndərilən Kreyq Şekspiri əvəzləyib. Komanda geridə qalan 9 turda cəmi 9 xal toplaya bilib və 14-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right