Superliqa klubu baş məşqçisini qovdu

Türkiyənin “Konyaspor” klubunun baş məşqçisi Mustafa Reşit Akçay istefaya göndərilib. 

Newsport.az-ın məlumatına görə, bu barədə superliqa klubunun rəsmi saytı xəbər yayıb. 

Komandanın bu mövsüm uğursuz çıxışı klub rəhbərliyini bu addımı atmağa vadar edib. 

Qeyd edək ki, Türkiyəni Avropa Liqasının qrup mərhələsində təmsil edən “Konyaspor” keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, ikisində məğlub olub. Komanda superliqada 9 turdan sonra  7 xalla sonuncu pillədə qəralaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right