"Qəbələ"nin sabiq baş məşqçisi: "Yenə yuxusuz qalmalı olacağıq" AÇIQLAMA

“Mordoviya”nın baş məşqçisi Yuri Syomin Rusiya Premyer Liqasının təqvimindən narazılıq edib. 
 
Newsport.az saytının məlumatına görə,  təcrübəli rusiyalı çalışdırıcı Rusiya çempionatının son turunda qarşılaşdıqları “Kuban”la oyundan sonra (0:0) verdiyi açıqlamada hətta bu gecə yuxusuz qalacaqlarını qeyd edib: 
 
“Artıq növbəti dəfədir ki, günorta vaxtdı, istidə oynamalı oluruq. Təqvimin necə hazırlandığını anlaya başa düşə bilmirəm. Düşünürəm ki, bu gecə də yatmağa vaxtımız olmayacaq. Çünki dərhəl növbəti oyun üçün səfərə yollanmalıyıq"
 
Qeyd edək ki, “Mordoviya” növbəti oyununu avqustun 18-də səfərdə “Terek”ə qarşı keçirəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right