Türkiyə Super Liqasının 9-cu turunda “Galatasaray” əzəli rəqibi “Fənərbaxça”nı qonağ edəcək.
Newsport.az xəbər verir ki, Mövsümə yaxşı başlayan “Aslanlar” ilk 8 oyunda 7 qalibiyyət və bir bərabərlik alaraq 22 xal toplamağı bacarıb.”Sarı qırmızılar” “Fənərbaxça” ilə də oyunda bu uğurlu seriyanı davam etdirmək istəyirlər.
“Sarı larcivertliler” isə oyuna 8 xal “Galatasaray”ın gerisində çıxacaq, qalib gələrək aradakı xal fərqini 5-ə çatdırmağı hədəfliyən komanda çempionluq yarışında 11 xal geriyə düşmək istəmir.
“Galatasaray”da “Atiker Konyaspor” oyununda zədələnən futbolçu Garry Rodrigesin start heyyətdə meydana çıxmağı oyun vaxtı bilinəcək.
“Fənərbaxça” da isə derbi oncəsi böyük itkilər var, beləki zədələri yaxşılaşmayan Mehmet Ekici və Robin van Persie bu oyunda komanda yoldaşlarına komək edə bilməyəcəklər.
Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə saat 21:30 da satart götürəcək.