Ali Cansundan "Qarabağ"a dəstək Foto

Mevlut Tezelin “Sabah” qəzetində “Qarabağ”ı aşağılaması ölkəmizdə olduğu kimi Türkiyədə də əks-sədaya səbəb olub.

Newsport.az xəbər verir ki, sosial şəbəkələrdə türkiyəli istifadəçilər də bu məsələ ilə bağlı “Qarabağ”a dəstək olub və müəllifi tənqid edib.

Bunlardan biri də bir vaxtlar “Neftçi”nin şərəfini qorumuş Ali Cansundu. Sabiq hücumçu öz “Tvitter” səhifəsində Mevlut Tezeli işarələyərək “sənə o futbol mədəniyyətini kim öyrədib bilmirəm, amma bi qardaşı söymürük” sözlərini yazıb.

Qeyd edək ki, Tezel bu gün “Sabah” qəzetində “Qarabağ” azarkeşlərinin komandanın adını A4 vərəqinə yazdığı yazını “En ezik kareografi” adı altında paylaşaraq azarkeşlərmizi mədəniyyətsiz adlandırmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right