Fransa Liqa 1-də 9-cu tura start verilib.
Newsport.az xəbər verir ki, turun ilk oyununda “Lion” “Monako”nu qəbul edib. Bu qarşılaşma həm də, turun mərkəzi görüşü idi. Beş qolun vurulduğu gərgin keçən oyunun sonunda qələbəni meydan sahibləri bayram ediblər.
Cari mövsümdə məğlubiyyətsiz irəliləyən PSJ isə ikinci oyun günündə səfərdə “Dijon”un qonağı olub. Paris təmsilçisi səfərdə çətin qələbəyə sevinib.
"Sent-Etyen" doğma meydanda "Mets"i məğlub edib. "Tuluza" da "Amyen"i tək qolla yenib. "Lill" isə "Trua" ilə ev oyununda xal itkisi ilə üzləşib.
Fransa Liqa 1, 9-cu tur
13 oktyabr
Lion - Monako 3:2
Qol: Dias, 11. Fekir, 23; 90 - Lopes, 17. Traore, 34.
14 oktyabr
Dijon - PSJ 1:2
Qol: Jennot, 87 - Munye, 71; 90.
Sent-Etyen - Mets 3:1
Qol: Payo, 74. Kafu, 85-öz qapısına. Mayqa, 90 - Din, 21.
Genqam - Renn 2:0
Qol: Dialllo, 57. Brayan, 89.
Lill - Trua 2:2
Qol: Arauxo, 12. Mendes, 74 - Darbion, 3. Niane, 90.
Kan - Anje 0:2
Qol: Ekambi, 49. Fulqini, 59.
Tuluza - Amyen 1:0
Qol: Delor, 40.
15 oktyabr
17:00 Bordo - Nant
19:00 Monpelye - Nitsa
23:00 Strasburq - Marsel

Bombardirlər: Falkao (Monako) - 12. Kavani (PSJ) - 8.