PSJ klubunun qətərli rəhbəri Naser əl-Xəlaifi haqqında rüşvət iddiası ilə cinayət işi açılıb.
Newsport.az-ın məlumatına görə, əl-Xəlaifi, 2018, 2022, 2026 və 2030-cu il dünya çempionatları matçlarının yayım hüququnun “BeIN Sports”a verilməsi üçün rüşvət təklif etməkdə ittiham edilir.
Onun FİFA-nın keçmiş baş katibi Cerom Valkeyə rüşvət verdiyi bildirilir.
Qeyd edək ki, əl-Xəlaifi Qətər Tennis Federasiyasının prezidenti, Asiya Tennis Federasiyasının vitse-prezidenti və “BeIN Sports” kanalının baş icraçı direktorudur. O, 1992-2003-cü illərdə professional oaraq tennis oynayıb.