Falkao: "Beşiktaş"la oyuna qədər bu məğlubiyyəti unutmalıyıq"

Dünən Çempionlar Liqasının qrup mərhəlisinin 2-ci turunda “Monako” “Porto”ya öz yerində 3:0 hesabı ilə məğlub olub.

 

Newsport.az xəbər verir ki, matçdan sonra Frnasa təmsilçisinin futbolçusu Radamel Falkao açıqlama verib.

İlk öncə oyunu dəyərləndirən hücumçu: “Həqiqətən, bu oyundan danışmaq çətindi. Qol fürsəti axtardıq, hər şeyi etdik. İkinci hissədə isə bizi sanki öldürən iki qol vurdular”.

 

Kolumbiyalı oyunçu “Beşiktaş” matçına qədər bu məğlubiyyəti unutmalı olduqlarını deyib: “Bundan sonrakı qarşılaşma çox önəmlidi.  “Beşiktaş”a qarşı evimizdə oynayacağıq. Ümid edirəm ki, oyuna qədər “Porto”yla matçdakı məğlubiyyəti unudar və bu vəziyyətdən qurtularıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right