Dünən Fransa 1-ci Liqasının 7-ci turu çərçivəsində “Marsel” “Tuluza”nı qəbul edib.
Newsport.az-ın məlumatına görə, matçda maraqlı anlar yaşanıb.
Belə ki, hər kəsin baş hakimin start fitini səsləndirməsini gözlədiyi bir vaxtda meydançaya azarkeş daxil olub. Həmin azarkeş meydançanın mərkəzindən topu alaraq “Tuluza”nın qapısına doğru irəliləyib və zərbə endirib. Qolkiper reaksiya göstərsə də, top qapıya daxil olub.
Qeyd edək ki, daha sonra həmin azarkeşin sosial şəbəkə fenomeni olduğu məlub olub.