Sərgən Yalçın istefa verdi

Türkiyə 1-ci Liqasında mübarizə aparan “Əskişəhər” klubunun baş məşqçisi Sərgən Yalçın istefa edib.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis məşqçi heyətinin komandadan ayrılacağını açıqlayıb.

Yalçın son olaraq Türkiyə Kubokunun 3-cü turu çərçivəsində “Ərzincanspor”a qarşı keçiriləcək oyunda komandasının başında olacaq.

Qeyd edək ki, 44 yaşlı çalışdırıcı bu ilin iyul ayında komandanın baş məşqçilik postuna gətirilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right