“Qalatasaray” ulduz futbolçu ilə yollarını ayırır

Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray” Səlçuk İnanla yollarını ayırmaq qərarına gəlib.

Newsport.az-ın məlumatına görə, son dönəmlərdə formada olmayan oyunçunun  “Antalyaspor”a qarşı oyunda da meydana sonradan daxil olub uğursuz çıxış etməsi  rəhbərliyin bu qərara gəlməsinə səbəb olub.

Bildirilir ki, “Cim Bom” oyunçunu ya qış transfer pəncərəsində, ya da mövsümün sonunda heç bir transfer məbləği tələb etmədən komandadan göndərəcək.

Qeyd edək ki, İstanbul təmsilçisiylə İnanın 2 illik müqaviləsi var. Futbolçunun illik qazancı 2.9 milyon avroya bərabərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right