İngiltərə Premyer Liqasında mübarizə aparan “Arsenal”ın baş məşqçisi Arsen Venger göndərilən təklifi qəbul etməyən Tomas Lemar haqqında açıqlama verib.
Newsport.az-ın məlumatına görə, “Telefoot”a danışan təcrübəli mütəxəssis:
“Lemar üçün 100 milyon avroluq təklif göndərdiymiz doğrudur. Futbolçu üçün yenidən təklif göndərəcəyik. O həm hücuma meylli, həm də müdafiəyə meylli oyanayn möhtəşəm futbolçudur”.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Fransa millisinin heyətində Hollandiya yığmasına qarşı oyunda 2 qolla yadda qalan Lemar matçdan sonra verdiyi açıqlamada: “Monako”da qaldığım üçün xoşbəxtəm. Bizi maraqlı mövsüm gözləyir. Buarada inkişaf edərək komandaya xeyir verməyə çalışacam”.
Xatırladaq ki, keçən mövsüm “Monako” forması ilə 55 matçda iştirak edən Lemar 14 qol vurub və eyni sayyda məhsuldar ötürmə edib.