Son illərdə etdiyi transferlərlə gündəmə gələn “Antalyaspor” heyətinə daha bir oyunçu cəlb edib.
Newsport.az-ın məlumatına görə, “ağ-qırmızılar” Uilyam Vainqurla anlaşıb.
Onunla sabah 3 illik müqavilə bağlanılacaq.
Qeyd edək ki, 29 yaşlı fransalı yarımmüdafiəçi daha əvvəl “Roma”, “Marsel”, “Dinamo” (Moskva), “Standart” və “Nant”da çıxış edib.