Naninin yeni klubu məlum oldu

Portuqaliya millisinin və "Valensiya"nın futbolçusu Luiş Nani komandasını dəyişib.

Newsport.az saytının məlumatına görə, "yarasalar"da əsas heyətə düşməyən vinger karyerasını İtaliyada davam etdirəcək. 30 yaşlı futbolçu A Seriya təmsilçisi "Latsio" ilə müqavilə imzalayıb. Cinah futbolçusu mövsümün sonuna qədər paytaxt klubunda top qovacaq.

Paytaxt klubu müqavilənin şərtlərinə görə, Nanini mövsümün sonunda 10 milyon avro qarşılığında birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Nani "Valensiya"ya ötən mövsüm "Fənərbaxça"dan keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right