"Yuventus"dan "Qalatasaray"a keçdi

"Qalatasaray" yay transfer pəncərəsinin bitməsinə az qalmış daha bir keçidi həll edib.

Newsport.az saytının məlumatına görə, İstanbul təmsilçisi "Yuventus"dan Kvadvo Asamoanı rənglərinə bağlayıb. Cinah müdafiəçisinin transferi "sarı-qırmızılar"a 4,7 milyon avroya başa gəlib. Qana millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. Asamoanın illik qazancı bonuslarla birgə 2,5 milyon avro olacaq.

Qeyd edək ki, 28 yaşlı futbolçu "Yuventus"a 2012-ci ildə "Udineze"dən keçmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right