"Valensiya"dan Fransa klubuna

“Valensiya”nın müdafiəçisi Aymen Abdennur karyerasını Fransada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, tunisli futbolçu “Marsel”lə müqavilə bağlayıb. 28 yaşlı oyunçu yeni klubunda 1 illik icarə əsasında çıxış edəcək."Marsel" Abdennuru mövsümün sonunda birdəfəlik rənglərinə bağlaya biləcək.

Xatırladaq ki, Tunis millisinin üzvü “Monako”, “Verder”, “Tuluza” kimi komandalarda oynayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right