Rednik: "Xəzər Lənkəran"dan dəıvət almışdım, amma..."

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik Azərbaycan təmsilçisi də daxil olmaqla bir sıra klublardan aldığı təklifdən imtinasının səbəbini açıqlayıb.

“Mən maliyyə baxımından sərfəli təkliflər irəli sürən bir sıra klublardan təklif almışdım. Amma onlardan imtina etdim. Səudiyyə Ərəbistanından, Qətərdən, Azərbaycandan, xüsusən də “Xəzər Lənkəran”dan, həmçinin Belçikadan dəvət almışdım.

Amma hazırda sağlığımla bağlı müəyyən problemlərim var. Bu barədə çox danışmaq istəmirəm. Həkimlər tezliklə əməliyyat olunmağımı istəyirlər. Vəziyyət ciddi olmasa da, imtina etmək də olmaz”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right