Mbappe PSJ-yə keçməyə yaxındı 180 milyon qarşılığında

“Monako”nun hücumçusu Kilian Mbappe PSJ-yə keçməyə yaxındı. 

Newsport.az-ın məlumatına görə, bu barədə Fransanın TF 1 telekanalı məlumat yayıb.

Xəbərdə gənc futbolçunun artıq tibbi müayinədən keçmək üçün Parisə getdiyi, sabah onunla rəsmi müqavilənin bağlanacağı qeyd edilib.

Mbappenin PSJ-yə bir illik icarəyə veriləcəyi, icarə müddətinin sonunda isə 180 milyon avro qarşılığında Paris klubuna keçəcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right