Emre Morun yeni komandas bəlli oldu

"Borussiya"nın futbolçusu Emre Mor klubdan ayrılıb.

Türkiyə millisinin futbolçusu karyerasını İspaniyada davam etdirəcək. Gənc futbolçu "Selta"ya transfer olub. 20 yaşlı vinger Viqo təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. Bu transfer üçün La Liqa klubu Dortmund təmsilçisinə 13 milyon avro təzminat ödəyib.

"Borussiya" Moru ötən mövsüm Danimarkanın "Norşellann" klubundan 16 milyon avro qarşılığında transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right