"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" futbolçusu Jeremi Boqa ilə yeni müqavilə imzalayıb.
Newsport.az-ın məlumatına görə, fransalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2020-ci ilin iyununa kimi uzadılıb. Daha sonra gənc oyunçu Çempionşip təmsilçisi "Birminqem"ə 1 illik icarəyə verilib.
Qeyd edək ki, Boqa bu mövsüm İngiltərə Premyer Liqasının birinci turunda "Bernli"yə qarşı matçda (2:3) iştirak edib.