"Fənərbaxça"dan İtaliya klubuna keçdi

"Fənərbaxça" Qreqori Van der Villə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, artıq hollandiyalı müdafiəçinin karyerasını harada davam etdirəcəyi də müəyyənləşib. Belə ki, 29 yaşlı futbolçu İtaliyanın "Kalyari" klubu ilə anlaşıb. Tərəflər arasında 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, təcrübəli cinah müdafiəçisi "Fənərbaxça"ya ötən mövsümün əvvəlində PSJ-dən transfer olub. O, "sarı-lacivərtlilər"in heyətində 17 qarşılaşmada meydanda olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right