Bülənt Qorxmaz "Qarabağ"ı təbrik etdi

"Qalatasaray"ın və Türkiyə millisinin sabiq futbolçusu Bülənt Qorxmaz açıqlama verib.

Newsport.az saytının məlumatına görəmütəxəssis Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen"i mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" klubunu təbrik edib. O, Ağdam klubuna uğurlar arzulayıb:

"Qarabağ" klubunu tarixi uğura görə təbrik edirəm. Azərbaycan xalqını, azarkeşlərini və mətbuatı təbrik edirəm. Əməyi keçən hər kəsə təşəkkürlər. Qurban Qurbanovun komandasına uğurlar arzu arzulayıram".

Qeyd edək ki, Bülənt Korkmaz 2009/10 mövsümündə "Bakı"nın bş məşqçisi vəzifəsində çalışıb. O, hazırda klubsuzdur.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right