Yeni mövsüm start götürdü, futbolçularımız məğlubiyyətə üzüldü

Türkiyə Super Liqasında 2017/18 mövsümünə start verilib. Newsport.az xəbər verir ki, mövsümün açılış oyununda "Başakşəhər"lə "Bursaspor" üz-üzə gəlib.

Azərbaycan millisinin üzvü Dəniz Yılmaz və U-21 futbolçusu Ozan Can Kökcünün şərəfini qoruduğu Bursa təmsilçisi səfərdən məğlub dönüb. Belə ki, meydan sahibləri qarşılaşmanın taleyini 1 cavabsız qolla həll edib.

Futbolçularımızdan yalnız biri görüşün iştirakçısı olub. Dəniz start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb. Ozanın adı isə protokola daxil edilməyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right