Millimizin hücumçusundan bir qol, bir məhsuldar ötürmə

Türkiyə Superliqasının yeni mövsümünə hazırlaşan "Bursaspor" təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirib. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası bu dəfə aşağı liqa təmsilçilərindən "Keçiörengücü" klubu ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının inamlı qələbəsi ilə başa çatıb - 4:0.

Baş məşqçi Pol Le Quen yığmamızın forvardına da bu oyunda start heyətdə şans verib. 71-ci dəqiqədə əvəzlənən Yılmaz 33-cü dəqiqədə komandasının 2-ci qolunu vurub. O, ilk qol epizodunda da məhsuldar ötürmə ilə yadda qalıb.

Azərbaycanın gənclərdən ibarət millisinin futbolçusu Ozan Can Kökcü isə bu görüşdə şans qazanmayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right