Qış transfer dönəmində "Qarabağ"dan ayrılan Reynaldonun "Adanaspor" macərası uzun çəkməyib.
Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçu Türkiyə klubunu tərk edib.
Artıq onun yeni klubunun adı da bəllidir. Hücumçu karyerasını İsveçrənin "Yanq Boyz" klubunda davam etdirəcək. 27 yaşlı futbolçu yaxın günlərdə tibbi müayinədən keçəcək və yeni klubu ilə münasibətlərini rəsmiləşdirəcək.
İsveçrə klubunun Reynaldoya görə Türkiyə klubuna ödəyəcəyi məbləğ hələlik açıqlanmayıb.
Qeyd edək ki, "Qarabağ" "sambaçı"nı 475 min avroya "Adanaspor"a satmışdı.