Yarım ildi Azərbaycandan ayrılsa da, ölkəmizi unutmayan Reynaldo cəbhədə baş verən son hadisələrə biganə qalmayıb.
Newsport.az saytının məlumatına görə, o, dünən Füzulinin Alxanlı kəndində qətlə yetirilən 2 yaşlı Zəhra və onun nənəsi Quliyeva Sahibənin ölümünə aid paylaşım edib.
“Qarabağ”ın sabiq hücumçusu “İnstagram” hesabından baş vermiş hadisə ilə bağlı #StopArmenianAgression haştagı ilə ingilis dilində mətn paylaşıb.
Qeyd edək ki, 2013-2017-ci illər aralığında “Qarabağ”da top qovmuş braziliyalı bu ilin yanvarından Türkiyənin “Adanaspor” klubunun şərəfini qoruyur.