Türkiyə klubunun düşərgəsində olan azərbaycanlı: “2-3 günə bilinəcək”

21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ruslan Tağızadənin Türkiyənin “Manisaspor” klubunun düşərgəsində olduğunu xəbər vermişdik. Bir neçə gündür ki, qardaş ölkədə olan Tağızadə dünən ilk məşqinə çıxıb.

Bu barədə newsport.az saytına oyunçunun özü məlumat verib: “Türkiyəyə yeni gəlmişəm. Mən gəlməzdən öncə çıxışlarımı klub prezidentinə, baş məşqçiyə göstəriblər. Həmin şəxslər oyunumu bəyənib və məni kluba dəvət ediblər. Artıq ilk məşqimə çıxmışam. Mənim çıxışıma canlı baxıb, qərar vermək istəyirlər. İnşallah, 2-3 günə hər şey məlum olacaq”.

Qeyd edək ki, Ruslan Tağızadə Azərbaycanda “Neftçi”, AZAL, “Qəbələ” kimi iddialı klublarda çıxış edib. Onun hazırda düşərgəsində olduğu “Manisaspor” ötən il Türkiyə I dəstəsində mübarizə aparıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right