Türkiyə millisinin üzvü Hakan Çalhanoğlunun “Milan”a keçidi rəsmiləşib.
Newsport.az-ın məlumatına görə, bubarədə məlumat klubun rəsmi saytından verilib. Sözləşməyə əsasən, 23 yaşlı yarımmüdafiəçi 2021-ci ilə kimi A Seriyası təmsilçisinin uğurları üçün tər tökəcək.
Çalhanoğlu üçün “Milan” onun sabiq klubu “Bayer Leverkuzen”ə 20 milyon avro ödəyəcək. Futbolçunun özünün yeni iş yerindəki illik qazancı isə 2,5 milyon avro olacaq.
