Dəniz Yılmaz "Bursaspor"da qala bilər.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərsə, karyerasını Bursa təmsilçisində davam etdirəcək.
Bu barədə məlumatı "timsahlar"ın prezidenti Ali Ay verib. Klub rəhbəri futbolçularla bağlı yekun qərarın yaxın günlərdə veriləcəyini deyib:
"Ölkə xaricinə getməmişdən öncə Türkiyədə təlim-məşq toplanışımız olacaq. Həmin toplanışda klubumuzla müqaviləsi olan bütün futbolçular iştirak edəcək. Baş məşqçimiz bundan sonra hansı futbolçunu göndərəcəyi ilə bağlı yekun qərar verəcək. Kim özünü yaxşı tərəfdən östərə bilsə, onu komandada saxlayacağıq".