Türkiyənin "Sivasspor" klubunun yeni baş məşqçisi bəlli olub.
Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanı Samet Aybaba çalışdıracaq. Superliqa təmsilçisi bu gün onunla 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Trabzonspor" və "Beşiktaş" kimi klubların baş məşqçisi olmuş 60 yaşlı mütəxəssis son olaraq "Eskişehirpsor"u çalışdırıb.