Mərakeşli futbolçu "Qalatasaray"da RƏSMİ

"Qalatasaray" növbəti futbolçunu heyyətinə qatıb.
 

Newsport.az-ın məlumatına görə, İstanbul nəhəngi Kiyev "Dinamo"sunun futbolçusu Yunis Belhandanı transfer edib.

Bu barədə məlumat klubun rəsmi saytı yayıb. Mərakeş millisinin üzvü ilə 4 illik rəsmi müqavilə imzalanıb.

 
"Cim bom" bu transfer üçün Ukrayna klubuna 8 milyon avro təzminat ödəyəcək. Futbolçu özü isə "Qalatasaray"da illik 3 milyon 350 min avro qazanacaq.
 

Sövsümü icarə əsasında Fransanın "Nitsa" komandasında keçirən 27 yaşlı yarımmüdafiəçi meydana çıxdığı 36 qarşılaşmada 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right