"Malaqa" müdafiə xəttini gücləndirib.
Newsport.az-ın məlumatına görə, La Liqa təmsilçisi 29 yaşlı futbolçu Pol Bayssı heyyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Bayss Fransanın "Nitsa" klubundan transfer olunub. 2015-ci ildən bu klubda forma geyinən müdafiəçi sözügedən komandanın kapitanı idi.