Şota Arveladze Özbəkistan klubunda

Özbəkistanın "Paxtakor” klubunun yeni baş məşqçisi bəlli olub.
 
Newsport.az-ın məlumatına görə, Daşkənd təmsilçisi gürcüstanlı Şota Arveladze ilə razılaşıb.
 
Bu barədə xəbəri klubun rəsmi saytı yayıb.
 
İyunun 23-də 44 yaşlı mütəxəssisin və komandanın yeni transferi – xorvatiyalı müdafiəçi Marko Simiçin təqdimat mərasimi keçiriləcək.
 
Şota Arveladzenin sonuncu iş yeri isə İsrailin "Makkabi” komandası olub. Gürcüstanlı mütəxəssis daha əvvəl Türkiyənin "Kayserispor”, "Kasımpaşa” və "Trabzonspor” kollektivlərinə rəhbərlik edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right