Çexiya millisinin sabiq üzvü Milan Baroşun yeni komandası bəlli olub.
Newsport.az-ın məlumatına görə, son mövsümü Liberetsin “Slovan” klubunun heyyətində keçirən təcrübəli futbolçu karyerasını ölkəsində davam etdirəcək.
35 yaşlı hücumçu yetirməsi olduğu “Banik”lə razılaşıb. Forvard yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Baroş karyerası ərzində “Liverpul”, “Aston Villa”, “Lion” və “Qalatasaray” kimi məşhur komandalarda çıxış edib.