"Qalatasaray" yay fasiləsində növbəti transferini edib.
Newsport.az-ın məlumatına görə, "sarı qırmızılar" mərkəz müdafiəçisi Maykonu heyyətinə qatıb.
İstanbul təmsilçisi braziliyalı futbolçu üçün çıxış etdiyi "Sao Paulo"ya birbaşa 7 milyon, 2018-ci ilin avqustuna kimi isə bonus olaraq 1 milyon avro ödəyəcək.
Maykonun illik məvacibi isə 2.6 milyon avro olacaq.