“Bursaspor”da növbəti məşqçi istefası

Türkiyənin “Bursaspor” klubunda növbəti baş məşqçi istefası reallaşıb.

Newsport.az-ın məlumatına görə, “yaşıl timsahlar”ın baş məşqçisi Adnan Örnək istefa verib.

O, çempionatın sonuna 1 tur qalmış, “Gənclərbirliyi”nə məğlubiyyətdən sonra istefa verdiyini açıqlayıb. Gənc mütəxəssis “beİN Sports”a verdiyi açıqlama zamanı göz yaşlarını da saxlaya bilməyib: “Bursa mənim doğulduğum, böyüdüyüm şəhərdi. Əlimdən gələni etdim, amma alınmadı. Düşünürəm ki, komandanı şokdan çıxarmaq üçün yeni baş məşqçi lazımdır. Mən bacarmadım, burda olduğum 4 həftədə heç nə edə bilmədim. Prezidentlə danışıb, komandadan gedəcəm”.

Qeyd edək ki, “Bursaspor”  millimizin baş məşqçisi Robert Prosineçki ilə danışıq aparır. Onun yeni mövsümdən “Bursaspor” “sükanı arxası”na keçəcəyi gözlənilir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right