Ulduz futbolçu karyerasını çempion kimi başa vurdu

"Feyenoord"un hücumçusu Dirk Kuyt futbolçu karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, bu barədə Hollandiya  klubunun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb. 36 yaşlı oyunçu bu həftənin sonuna qədər  məşqlərdə iştirak edəcək. Bundan sonra o, klubun strukturunda vəzifələrdən birində çalışacaq.

Qeyd edək ki, Kuyt cari mövsüm "Feyenoord"la Hollandiya çempionu olub. O, karyerası ərzində "Utrext", "Liverpul", "Fənərbaxça" kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right