“Beşiktaş”dan möhtəşəm qələbə

Türkiyə Superliqasında 27-ci turun oyunları keçirilir. 

Newsport.az-ın məlumatına görə, turun mərkəzi oyunu Trabzonda keçirilib. Son çempion “Beşiktaş” səfərdə “Trabzonspor”ın qonağı olub.

7 qolun vurulduğu möhtəşəm qarşılaşmada sevinən tərəf “Qara qartal” olub. 

“Trabzonspor” - “Beşiktaş” 3:4
Qollar: 
Tosun, 4 (0:1), Yokuşlu, 25 (1:1), Aboubakar, 55 (1:2), Kastillo, 63 (2:2), Rodallega, 65 (3:2), Taliska, 74 (3:3), Hatçinson, 90+1 (3:4)

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 61-ə yüksəldən “Beşikaş” Superliqanın vahid lideridir. “Qara qartal”ın ən yaxın izləyicisi, 1 oyun az keçirən “Başakşehir”in 53 xalı var. “Trabzonspor” isə 44 xalla beşincidir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right